...

Bu gün deputatlar 22 sənədi müzakirə edəcəklər

Siyasət Materials 3 May 2019 10:18 (UTC +04:00)
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Bu gün deputatlar 22 sənədi müzakirə edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxildir.

İclasda əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı təqdim olunacaq. Məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.

Gündəliyə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Sığorta fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında" və s. qanunlara, o cümlədən Mülki, Mənzil, Vergi, Gömrük, Su, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri daxildir.

Deputatlar yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsinə də baxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti