...

Azərbaycan TBMM və Asiya Parlament Assambleyasının şura iclasında təmsil olunacaq

Siyasət Materials 25 Oktyabr 2019 11:09 (UTC +04:00)
Millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq.
Azərbaycan TBMM və Asiya Parlament Assambleyasının şura iclasında təmsil olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı İlham Məmmədov Türkiyə Böyük Millət Məclisi (TBMM) və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Rizə şəhərinə səfərə gedəcək.

Trend-in məlumatına görə, millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq.

Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək.

Səfər oktyabrın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti