Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ABŞ-a səfərləri çərçivəsində Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman ilə görüşüblər.
Trend-in məlumatına görə, görüş onun evində baş tutub.
Görüşdə hər iki şəxsin başlarına gələn işgəncə və təhqirlərə rəğmən soyqırımdan sağ çıxmaqlarının hekayəsi dinlənilib. "Soyqırımlar bir daha hec vaxt təkrarlanmasın!" mesajı verilib.