...

Cənubi Qafqazda heç kimdən asılı olmayan, müstəqil siyasət yürüdən bir ölkə var, bu da Azərbaycandır - Politoloq (VİDEO)

Siyasət Materials 3 Dekabr 2019 14:51 (UTC +04:00)
Bu gün dünyada xeyli sayda ölkə var.
Cənubi Qafqazda heç kimdən asılı olmayan, müstəqil siyasət yürüdən bir ölkə var, bu da Azərbaycandır - Politoloq (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli – Trend:

Bu gün dünyada xeyli sayda ölkə var, lakin əməkdaşlığa, risklərin azalmasına və planetinimizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir. Dünyanın maraqla və həssaslıqla gözlədiyi belə görüşlərin Bakıda baş tutması həqiqətən də qürurvericidir.

Politoloq Zaur Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə bildirib ki, Cənubi Qafqazda heç kimdən asılı olmayan, müstəqil siyasət yeridən və heç kimin hərbi, siyasi və iqtisadi təzyiq və təsirlərinə baxmayaraq öz yolunu qəti addımlarla atmaqda olan bir ölkə var, bu da Azərbaycandır:

"Artıq bir neçə ildir Rusiya və NATO-nun yüksək çinli hərbçilərinin məhz Azərbaycanın paytaxtı Bakıda görüşlər keçirməsi onu göstərir ki, Azərbaycana və onun dövlət başçısına etibar var".

Xatırladaq ki, noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç arasında görüş keçirilib.

Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə edib.

Videolayihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti