...

Məzahir Pənahov: Namizədlər seçkiqabağı təşviqatda qanunvericiliyə əməl etməlidir

Siyasət Materials 9 Yanvar 2020 17:19 (UTC +04:00)
Deputatlığa namizədlər seçkiqabağı təşviqat başlamazdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır.
Məzahir Pənahov: Namizədlər seçkiqabağı təşviqatda qanunvericiliyə əməl etməlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Deputatlığa namizədlər seçkiqabağı təşviqat başlamazdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pəhanov bildirib ki, sosial şəbəkələr bugünkü həyatımızı əhatə edib: “Lakin namizədlər təşviqat məsələsində qanunvericiliyə əməl eməlidir. Seçkiqabağı təşviqat yanvarın 17-dən başlayır. Ondan qabaq təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti