...

Ordumuzun Tabor komandirlərinin toplantısı keçirilir (FOTO)

Siyasət Materials 13 Yanvar 2020 12:02 (UTC +04:00)
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.
Ordumuzun Tabor komandirlərinin toplantısı keçirilir (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti