...

MSK DSK-nın qərarını ləğv edib

Siyasət Materials 17 Yanvar 2020 15:38 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarını ləğv edib.
MSK DSK-nın qərarını ləğv edib

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

Bildirilib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur, sadəcə DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə verməyib. Bunu onunla əsaslandırıb ki, iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib.

Daha sonra DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti