...

Milli Məclisə seçkilərlə əlaqədar bildirişlərin seçicilərə paylanması başa çatır

Siyasət Materials 31 Yanvar 2020 12:33 (UTC +04:00)
Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.
Milli Məclisə seçkilərlə əlaqədar bildirişlərin seçicilərə paylanması başa çatır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

Trend secki-2020.az saytına istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Belə ki, Tədbirlər Planına əsasən, fevralın 2-dək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatmalıdır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti