Bakı. Elçin Mehdiyev – Trend:
Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur:
“Bütün xoşagəlməz hallarla bağlı MSK-ya müraciət etmək lazımdır. Bəziləri qəsdən xoşagəlməz hallar törətməyə çalışır və onların da məqsədləri aydındır. Buna görə də vətəndaşlar ilk növbədə dairə seçki komisiyalarına müraciət etməlidirlər”.