...

Türkiyə müşahidə missiyası: Azərbaycanda baş tutan bu seçkilər demokratiyanın özüdür (FOTO)

Siyasət Materials 9 Fevral 2020 22:10 (UTC +04:00)
Türkiyə nümayəndə heyəti Azərbaycan parlament seçkiləri ilə bağlı müşahidələrini açıqlayıb.
Türkiyə müşahidə missiyası: Azərbaycanda baş tutan bu seçkilər demokratiyanın özüdür (FOTO)

Bakı. Samir Əli - Trend:

Türkiyə nümayəndə heyəti Azərbaycan parlament seçkiləri ilə bağlı müşahidələrini açıqlayıb.

Trend-in məlumatına görə, Mərmərə Qrupu Vəqfinin sədri dr. Akkan Suver bildirib ki, bu gün baş tutan seçkilərdə 29 məntəqədə müşahidə aparıb:

"Əsasən Nərimanov, Nəsimi, Səbail, Xətai, Nizami, Abşeron, Binəqədi və Sumqayıtdakı seçki dairələrində müşahidə apardım. Şuşa, Ağdam, Xocalı və xocavəndli seçicilərin səs verdikləri namizədlərlə görüşdüm. Abşeronda vyetnamlılarla, Sumqayıtda ATƏT nümayəndələri ilə birlikdə qutuları yoxladıq. Gördüyüm odur ki, Avropa səviyyəsində seçkilər aparıldı. Azərbaycan seçkiyə, demokratiyaya inanc istiqamətində inkişaf edir. Xüsusilə 18 saylı seçki dairəsi üzrə səslərin sayılmasındakı xüsusi diqqət və müşahidəçilərin rəftarı məni heyran etdi. Müşahidəçilərin çoxluğunun xanımların təşkil etməsi bizə xüsusi qürur hissi yaşatdı.

Azərbaycanda baş tutan bu seçkilər demokratiyanın özüdür. Seçkilərin xeyirli olacağına və yeni seçilən parlamentin Azərbaycana güc verəcəyinə inanıram".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti