...

Elman Məmmədov: Azərbaycan və İtaliya arasında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir

Siyasət Materials 21 Fevral 2020 16:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri vacib və olduqca əhəmiyyətlidir.
Elman Məmmədov: Azərbaycan və İtaliya arasında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri vacib və olduqca əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu səfər iki ölkə arasında normal olan münasibətlərin daha da inkişaf etməsinə töhfə verir: "Cənab Prezidentin italiyalı həmkarı tərəfindən ən yüksək səviyyədə qarşılanması, dövlət və hökumət rəhbərləri ilə görüşləri iki ölkə arasındakı münasibətlərin yüksək dərəcədə olmasından xəbər verir. Bu qarşılanma İtaliyanın Azərbaycana olan münasibətini bir daha göstərdi".

Millət vəkili bildirib ki, səfər çərçivəsində cənab Prezidentin keçirdiyi görüşlər, əldə edilən razılıqlar da həm Azərbaycan, həm də İtaliya üçün olduqca əhəmiyyətli və vacibdir:

"Görüşlərdə səsləndirilən fikirlər, əməkdaşlıq münasibətləri bütün sahələri əhatə edirdi. Avropanın, xüsusilə də İtaliyanın enerji təhlükəsizliyi, nəqliyyat məsələləri və ən əsası Azərbaycanın Dağlıq Qarabağ probleminin müzakirəsi ən vacib məsələlərdəndir. Görüşlərdə Dağlıq Qarabağ probleminin hələ də həll olunmaması, Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutması ilə bağlı məsələlər səsləndirildi. Görüşdə İtaliyanın yüksək rütbəli dövlət məmurları çıxışlarında bildirdilər ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin həllinin yubanmasından təəssüflənirlər".

E.Məmmədov qeyd edib ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin imzalanması hər iki ölkə üçün əhəmiyyətlidir: "İtaliya ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Lakin bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu Bəyannamədə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında maddə var. Sənəd İtaliya və Azərbaycan arasında yaxın dostluq və müttəfiqliyin olduğunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti