...

“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilir

Siyasət Materials 16 Mart 2020 08:00 (UTC +04:00)
Azərbaycanda “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilir.
“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, qanunun hazırkı variantına əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).

Yeni dəyişiklik layihəsində isə bu bəndin ikinci cümləsində dəyişiklik edilir.

Təklif edilir ki, qeyd edilən müddəaların tətbiq edilmədiyi "hərbi peşə təhsili məktəbləri" sözü "xüsusi təyinatlı təhsil müəssisələri" sözü ilə əvəz edilib. Beləliklə, ikinci cümlə “Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı təhsil müəssisələrindən başqa)” kimi təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti