...

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə edib

Siyasət Materials 22 Mart 2020 11:24 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə edib.

XİN-dən Trend-ə verilən məlumata görə, Nazirlik dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti