...

İlham Məmmədov: Bu gün dövlətin bütün imkanları insanlarımızı koronavirusdan qorumağa və yarana biləcək sosial məsələlərin həllinə yönəlib

Siyasət Materials 13 Aprel 2020 10:16 (UTC +04:00)
İlham Məmmədov: Bu gün dövlətin bütün imkanları insanlarımızı koronavirusdan qorumağa və yarana biləcək sosial məsələlərin həllinə yönəlib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün bəşəriyyəti bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Dövlətin bütün imkanları insanlarımızı bu bəladan qorumağa və eyni zamanda bu bəla nəticəsində yarana biləcək sosial məsələlərin həllinə yönəlib. Bu tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını göstərdi:

“Ölkəmizin qazandığı bu nüfuz təbii ki, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı kimi milli xəyanətkarları narahat edir. Azərbaycanın bu fəaliyyətini onların gözü götürmür. Onlar hər vəchlə, hər xırda nüansı böyüdərək, sanki bütün bəlaların mənbəyinin Azərbaycan olduğu fikrini yaymaq istəyirlər. Təbii ki, bunların əməlləri xalq tərəfindən pislənir. Xalqın fikri cənab Prezidentin virusla mübarizədə gördüyü tədbirləri dəstəkləmək və həmrəy olmaqdır".

İ.Məmmədov qeyd edib ki, dünyada baş verən prosesləri izləyirik və görürük ki, bu pandemiya hansı bəlalara gətirib çıxarır:

"Odur ki, bundan sonra da xəyanətkarların fəaliyyəti üçün heç bir imkan olmayacaq. Təəssüflər olsun ki, bu milli xəyanətkarlar xalqa dəstək olmaq əvəzinə, görülən işlərə kölgə salmaq istəyir. Bu, insanlar tərəfindən nifrətlə qarşılanır. Milli xəyanətkarlar insanların fikrini çaşdırmağa çalışırlar. Ancaq onlar bilməlidir ki, xalq-iqtidar birliyi öz sözünü deyir, xalq hər zaman olduğu kimi, bu bəladan qurtarmaq üçün də Prezidentinin ətrafında sıx birləşib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti