...

Yuri Şevtsov: Azərbaycan yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil oldu

Siyasət Materials 30 Aprel 2020 21:03 (UTC +04:00)
Azərbaycan koronavirusla və onun fəsadları ilə mübarizədə çox səmərəli tədbirlər görür ki, bunu da statistika və ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi təsdiq edir
Yuri Şevtsov: Azərbaycan yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil oldu

Bakı. Hüseyn Səfərov - Trend:

Azərbaycan koronavirus və onun fəsadları ilə mübarizədə çox səmərəli tədbirlər görür ki, bunu da statistika və ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi təsdiq edir.

Bunu Trend-ə rusiyalı politoloq Yuri Şevtsov deyib.

O qeyd edib ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra çox çətin şəraitdə öz dövlətçiliyini uğurla qurub və bu, ölkənin istifadə etdiyi vasitələrin səmərəliliyini göstərir:

“İlk növbədə mən dövləti və onun institutlarını, ideologiyasını və sosial-iqtisadi vəziyyətə nəzarət üsullarını nəzərdə tuturam. Azərbaycan yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil oldu. Ölkə inkişaf etməyə və qonşularla münasibətləri möhkəmləndirməyə davam edir. Azərbaycan yeni inkişaf strategiyasını hazırlamaqla yeni dövrün çağırışlarını qəbul edə biləcək”.

Politoloq əlavə edib ki, indi qlobal böhran başlayıb, əksər insanlar özünü itirmiş vəziyyətdədir:

“Kütləvi şüur şok keçirib və istənilən informasiyanı düzgün qəbul etməyə hazırdır. Amma dayanıqlı karantin rejimini tətbiq etmiş və cəmiyyətdə sabitliyi qoruyan bir sıra ölkələrin nümunəsində biz əks prosesi müşahidə edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti