...

Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 15 May 2020 12:59 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri təlim-metodiki toplantıya cəlb ediliblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrində məşğələlərin vahid metodika üzrə keçirilməsinə nail olmaq üçün təşkil olunan toplantıda zabitlərə taktiki sıra üsulu ilə vacib fənlərdən məşğələlər keçirilib.

Zabitlər döyüş sahəsində bölmələrin, şəxsi heyətin və atəşin idarə edilməsi üzrə göstərici və nümunəvi təlimlərin vacib epizodlarını izləyiblər.

Təlimlər zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında komandirlərin roluna xüsusi diqqət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti