...

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

Siyasət Materials 15 May 2020 13:19 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

Bakı. Trend:

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə,, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti