...

Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var - PA rəsmisi

Siyasət Materials 21 İyul 2020 11:56 (UTC +04:00)
Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var - PA rəsmisi

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti