Bakı. Asif Mehman - Trend:
Bəzən dövlətimizin digər ölkələrə etdiyi yardımlarla bağlı sosial şəbəkələrdə fərqli fikirlər olur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, fərqli fikirlərin olması normaldır: "Xaricdən gələn həkimlərin maliyyə ödəmələri Azərbaycanla həmin ölkələr arasında olan əməkdaşlığa əsasən, həyata keçirilən layihələrdir. Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər. Bu kimi hallar çox müsbət tendensiyadır".