...

Parlament yeni təlimatlar hazırlayır

Siyasət Materials 17 Sentyabr 2020 11:32 (UTC +04:00)
Parlament yeni təlimatlar hazırlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə sənədlərlə iş üzrə yeni təlimatlar hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deyib.

Onun sözlərinə görə, bu xüsusi əhəmiyyət kəsb edən sənəd rolunu oynayacaq.

S.Sadıqov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mütəmadi təkliflər səsləndirilib: “Hesab edirəm ki, bu məsələyə yaxın müddətdə baxıla bilər”.

Qeyd edək ki, Milli Məclisdə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunması ilə bağlı təkliflər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti