...

Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)

Siyasət Materials 23 Sentyabr 2020 14:50 (UTC +04:00)
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən millət vəkili Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib.

Trend-in məlumatına görə, qəbulda Xudat şəhər və kənd sakinləri əsasən sosial xarakterli müraciətlərini, onları narahat edən problemləri səsləndiriblər.

Millət vəkili hər bir vətəndaşın müraciətini dinləyib, səsləndirilən bəzi problemlərlə bağlı artıq aidiyyatı qurumlar qarşısında məsələ qaldırıldığını və həlli istiqamətində müsbət cavab alındığını nəzərə çatdırıb. S.Mikayılova vətəndaşların qəbulda səsləndirdikləri digər problemlərlə bağlı müraciətləri də nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılacağını bildirib.

Onlayn qəbulda iştirak edən seçicilər millət vəkilinə daim onlarla maraqlandığı, problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün təşəkkürlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti