...

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

Siyasət Materials 29 Sentyabr 2020 15:36 (UTC +04:00)

Bakı. Trend:

İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Pakistan, Rumıniya, Qazaxstan, Tatarstan (RF) və Azərbaycanın təmsil olunduğu beynəlxalq idarə heyəti Mərkəzin əhatə etdiyi 10-dan artıq ölkənin gəncləri adından verdiyi bəyanatda sentyabrın 27-sindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı ağır artilleriyadan istifadə etməklə həyata keçirdiyi hücumları şiddətlə pisləyir.

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Trend-ə bildirilib ki, qurum Ermənistanın bu iyrənc və qeyri-insani silahlı hücumları nəticəsində dinc Azərbaycan vətandaşlarının, o cümlədən, 13 yaşlı Şəhriyar Qurbanovun və 14 yaşlı Fidan Qurbanovanın həlak olmasından dərin kədər hissi keçirdiyini, eyni zamanda Ermənistan silahlılarının Azərbaycan ərazisindəki yaşayış məskənlərini vəhşicəsinə ağır artilleriya atəşinə məruz qoymasından dəhşətə gəldiyini bildirir. Bəyanatda həmçinin, mülki vətəndaşlara və infrastruktura qarşı edilən hücumların 1949-cu il Cenevrə konvensiyalarına tamamilə zidd olduğu və bəşəri dəyərləri ciddi şəkildə hədəfə aldığı bildirilir.

İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan xalqı və hökuməti ilə tam həmrəy olduğunu ifadə edərək, ölkə əhalisinin təhlükəsizliyini və ümumilikdə bölgədəki sülhü terrora məruz qoyan Ermənistanın hərbi təcavüzünün sonlandırılması istiqamətində aparılan əkshücum əməliyyatlarını dəstəklədiyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti