...

Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq platformada məqalə dərc olunub

Siyasət Materials 8 Oktyabr 2020 13:44 (UTC +04:00)
Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq platformada məqalə dərc olunub

Bakı. Trend:

Politoloq Şəbnəm Həsənovanın “Modern diplomacy” platformasında “Ermənistanın təcavüzkar siyasəti bütün bölgə üçün real təhlükədir” başlıqlı məqaləsi dərc edilib.

Trend-in məlumatına görə, 24 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında video formatda çıxışı zamanı və 25 sentyabr 2020-ci il tarixində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyətə Ermənistan rəhbərliyinin aqressiv bəyanatları və təxribatlarının bu ölkənin Azərbaycana qarşı yeni bir təcavüz planlaşdırdığından məlumatlandırması, eyni zamanda növbəti hərbi təcavüzün qarşısını almağa çağırması ilə başlayan məqalədə Azərbaycanın effektiv danışıqlar aparmasının əksinə olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın qəsdən danışıqlar prosesinin formatını və məzmununu pozduğu, sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribatın həyata keçirildiyinə diqqət çəkilir, Azərbaycan ərazilərinin və mülki əhalinin Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalmasından bəhs olunur.

Məqalədə eyni zamanda Ermənistanın bu cür hərəkətləri ilə 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququ açıq şəkildə pozduğu vurğulanır. Bu vəhşiliyin əksinə olaraq, Azərbaycan silahlı qüvvələrinin heç vaxt mülki yaşayış məskənlərinə atəşə tutmamasına diqqət çəkilir. Məqalədə Ermənistanın Azərbaycanı atəşə tutmasına baxmayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətindəki 6 kənd və Madagizin işğaldan azad edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Madagizin dərhal tarixi adını bərpa edərək 3 oktyabr 2020-ci ildən Suqovuşan adlandırılması, Azərbaycan Ordusunun Tərtər, Cəbrayıl və Füzuli rayonlarında daha bir neçə kəndi və Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etməsi vurğulanır.

4 oktyabrda Ermənistanın Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərar və qətnamələrini yenidən açıq şəkildə pozması, Azərbaycanın mülki əhalisini qəsdən hədəf tutaraq, əhalinin sıx olduğu yerləri atəşə tutmasından bəhs olunur. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 32 nəfərin yaralandığı göstərilir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına istinad edilərək bütövlükdə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində 22 nəfərin öldüyü, 74 nəfərin yaralandığı, 248 evin dağıdıldığı və 49 mülki obyektə ciddi ziyan dəydiyi göstərilir.

Bununla yanaşı məqalədə döyüşlərin yalnız səngərlərdə deyil, həm də informasiya məkanında getdiyinin, erməni xəbər maşınının müxtəlif, əsassız saxta xəbərlər istehsal edərək dünya ictimaiyyətini aldatmağa çalışdığından bəhs olunur. Türkiyənin müharibədə tərəf kimi deyil, sadəcə sabitləşdiri rol oynadığı, Türkiyənin Azərbaycana yalnız mənəvi dəstəyindən, ordusunda Suriyadan gətirilən muzdlulardan Ermənistanın özünün istifadə etdiyindən, bu kimi yalanları yaymaqla Ermənistanın öz təcavüzünə haqq qazandırmaq üçün mümkün qədər çox ölkəni cəlb etməyə çalışmasından, bu gün ərazi bütövlüyünü bərpa etmək vəzifəsini ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmağı hədəfləməsindən bəhs olunur.

Bundan əlavə, Pakistanın Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməsindən, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin Ermənistan silahlı qüvvələrinin təcavüzlərini və davamlı hücumlarını kəskin şəkildə qınadığından, Bosniya və Herseqovinanın dəstəyindən, Ermənistanın təcavüzünü qəti şəkildə pisləməsindən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət nümayiş etdirməsini vurğulamasından bəhs olunur.

Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın bu məsələdə bitərəfliyini gözləməli olduğu halda, təəssüf ki, Fransa Prezidenti Makronun Ermənistana daha geniş dəstək verməsinin Azərbaycan tərəfindən tamamilə mənfi qəbul edilməsindən və bu məsələyə Əl-Cəzirə TV-yə verdiyi müsahibə zamanı Prezident İlham Əliyevin Minsk Qrupu həmsədrlərinin yalnız bitərəf olduqları təqdirdə birlikdə çalışmağa davam etməli olduqlarını bildirməsindən bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti