...

Müdafiə Nazirliyinin adına saxta "Telegram" və "İnstagram" hesabı açılıb

Siyasət Materials 13 Oktyabr 2020 17:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Telegram" kanalı və "İnstagram" hesabı açılıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalı və "İnstagram" hesabı bu linklərdədir:

https://t.me/Azerbaijan_MOD
https://www.instagram.com/azerbaijan_mod

Məqalədə:
Xəbər lenti

Xəbər lenti