...

Ermənistanla sərhəd zastavasının atəşə tutulması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN

Siyasət Materials 29 Oktyabr 2020 17:06 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub:

"Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti