...

Paşinyanın başladığı təxribatı dayandırmağa da qabiliyyəti çatmadı - Tarixçi

Siyasət Materials 13 Noyabr 2020 12:31 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Tarixdə təslim olma halları çox olub, müqavilələr də bağlanıb, ancaq ləyaqət hissi çox hallarda qorunub saxlanıb. Paşinyanın isə bunu etməyə də ləyaqəti çatmadı, heç bunu ondan uman da olmadı. Azərbaycan Prezidenti “Onu gəlib burada qarşımızda təslimçilik aktına qol çəkdirə bilərdik. Biz bunu etmədik” deyərək böyüklüyünü bir daha göstərdi.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Erməniçiliyin faşizmdən də pis olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, dinc azərbaycanlı əhaliyə ballistik raketlər, kasetli bombalar atan, soyqırımı törədən Nikol Paşinyanın özünün mənsub olduğu xalqı gücü çatmadığı bir ordu ilə “sona qədər vurşmağa” vadar etməsi, qadınları, azyaşlıları, qocaları məcburi şəkildə ölümə göndərməsi bu “liderin” hansı ağıla sahib olduğunu göstərdi:

“Paşinyanın mərdi-mərdanə vuruşmağa gücü çatmadığı bir yana, başladığı təxribatı dayandırmağa da qabiliyyəti çatmadı, böyük itkilər verənə, diz çökdürülənə qədər davam etdi. Ona layiq olduğu yeri cənab Prezidentimiz göstərənə qədər dayanmadı. Paşinyanın qeyri-ciddi bir adam olması ilk günlərdən bizə məlum idi. Lakin düşünürük ki, diplomatiya tarixindən xəbəri olmayan, diplomatiyanın adi qaydasını bilməyən - “düşmənin gücünü müəyyən etməyi və qiymətləndirməyi” belə bacarmayan bir adamın dövləti idarə etmək məsuliyyətini üzərinə götürməsi onun hansı ağıla malik olduğundan xəbər verir. Burada bir məsələni də qeyd etməyə ehtiyac var. Vaxtilə İrəvanda Ter-Petrosyanın “Vaxt gələcək indi imkanımız olanı bizə verməyəcəklər” fikrinə qəti etiraz etdilər, sülh müqaviləsi bağlamağın vacib olmasını bildirən parlament üzvlərini güllələdilər, Paşinyanın da hakimiyyətinin ilk dövrlərində “gəlin, Dağlıq Qarabağı Azərbaycana qaytaraq” mənasında səsləndirdiyi fikrinə qarşı çıxaraq hay-küy qaldırdılar. Bu avantüristlər özlərini ermənilərin, erməni dövlətinin xilaskarı kimi göstərməklə, canfəşanlıq edərək ədavəti qızışdırmaqla regionu münaqişə ocağı kimi saxlamağa şərait yaratdılar. İndi həmin adamlar da bu kapituliyasiyanın hədəfləri olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti