...

Ali Baş Komandan “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adlarına ən layiqli şəxsdir - Tarixçi alim

Siyasət Materials 23 Dekabr 2020 17:06 (UTC +04:00)
Ali Baş Komandan “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adlarına ən layiqli şəxsdir - Tarixçi alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali Baş Komandan İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adlarına ən layiqli şəxsdir.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasəti ilə, hadisələri, prosesləri dəqiq qiymətləndirməsi ilə, problemləri müdrik şəkildə həll etməsi ilə öz adını Azərbaycan tarixinə həkk etdirib:

E.Kəlbizadə qeyd edib ki, bir dövlətin varlığını beynəlxalq sistemdə təsdiq etməsinin əsas şərtlərindən biri onun daxili və xarici siyasətinin digər bir dövlətin diqtəsi ilə deyil, milli maraqların diqtəsi ilə həyata keçirməsidir. Ötən 17 il ərzində Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirdi. Dövlətimiz eyni zamanda atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir. Azərbaycan dövlət olaraq təkcə yerləşdiyi geosiyasi məkanda deyil, ümumilikdə bütün dünyada öz siyasi nüfuzunu təsdiq etdi:

"Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam.” - Azərbaycan tarixində İlham Əliyev şəxsiyyətinin prezidentlik dönəmini ən orjinal şəkildə yalnız bu cümlə ifadə edə bilər. Azərbaycanın işğal altında olan ərazilərini azad edən müzəffər Ali Baş Komandan şəksiz ki, “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adlarına ən layiqli şəxsdir. İlham Əliyev öz fəaliyyəti ilə sübut etmişdir ki, o, Azərbaycan dövlətinin təhlükəsizliyinin ən böyük qarantıdır. Bu mənada müvafiq dövlət strukturları, qanunverici orqan Təhlükəsizlik Şurasının statusunu yüksəldə və İlham Əliyev ölkənin təhlükəsizliyinə cavabdeh olan yüksək statuslu Şuranın daimi ali rəhbəri vəzifəsinə seçilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti