...

Netanyahu Mərakeş Kralını İsraili ziyarətə dəvət etdi

Siyasət Materials 26 Dekabr 2020 04:35 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Mərakeş Kralı VI Məhəmmədi İsrailə səfərə dəvət etdi.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, daha əvvəl İsrail və Mərakeş aralarında diplomatik münasibətlər qurmaq barədə razılığa gəliblər.

Beləliklə, krallıq Təl-Əvivlə münasibətləri normallaşdıran altıncı ərəb dövləti oldu. Onlardan dördü - Mərakeş, BƏƏ, Bəhreyn və Sudan - bunu Donald Tramp administrasiyasının vasitəçiliyi ilə etdi. ABŞ prezidenti bu dəfə diplomatik qələbə qazanmaq üçün Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini tanıdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti