...

Almaniya XİN-in başçısı Misir, İordaniya və Fransadakı həmkarları ilə görüşəcək

Siyasət Materials 10 Yanvar 2021 22:21 (UTC +04:00)
Almaniya XİN-in başçısı Misir, İordaniya və Fransadakı həmkarları ilə görüşəcək

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Heyko Maas 11 yanvarda Qahirədə Misir, İordaniya və Fransadakı həmkarları ilə Yaxın Şərq sülh prosesini müzakirə edəcək (Münhen formatı).

Trend TASS-a istinadən xəbər verir ki, bunu nazir bazar günü Misirin paytaxtına yola düşməzdən əvvəl elan edib.

"Biz konkret addımların İsrail ilə Fələstinlilər arasında etibar yaratmağa və hər iki tərəfin yaxınlaşaraq yenidən danışıqlara girməsinə imkan verəcəyini müzakirə etmək istəyirik" - Maas deyib. O, İsrail ilə bölgədəki bəzi ərəb ölkələri arasındakı münasibətlərin normallaşması prosesi nəticəsində yaranan vəziyyətdən istifadə etməyə çağırıb.

Nazir bu dörd ölkənin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar "ABŞ-ın yeni hökuməti ilə danışıqlara tezliklə başlamaq" istədiklərini də bildirib: "Vaşinqtonda hökumətin dəyişməsi ABŞ-ın bir daha israillilər və fələstinlilər arasındakı münasibətlərdə dürüst bir vasitəçi olaraq daha çox rol alması şansıdır".

"Münhen formatı" keçən ilin fevralında əmələ gəlib. Almaniya, Misir, İordaniya və Fransa xarici işlər nazirlərinin ilk görüşü Münhen Təhlükəsizlik Konfransının fonunda baş tutması üçün belə adlandırılıb. İndiyə qədər dördlüyün üç görüşü baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti