...

Ermənistandakı revanşizm çağırışları iflasa məhkumdur - Qafqazşünas alim

Siyasət Materials 22 Fevral 2021 09:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin Ermənistanda yaratdığı şokun təsirləri hələ bir müddət davam edəcək. Bu müddətdə revanşist qüvvələrin fəallığının artması gözləniləndir və buna hazır olmalıyıq.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, indiki məqamda bu cür çağırışları edənlərin özlərinə də Azərbaycan və Ermənistanın gücü arasındakı fərq yaxşı məlumdur.

Alim əlavə edib ki, əslində Ermənistanı indiki böhranlı, səfil vəziyyətə elə həmin işğalçı və terrorçuların özləri salıblar:

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu Nikol Paşinyanın deyil, Sarkisyan-Koçaryan cütlüyünün formalaşdırdığı ordunu darmadağın edib. Hazırda Ermənistanda kütlənin rəyini revanşist çağırışlarla, psevdo-milliyətçi şüarlarla manipulyasiya etmək cəhdləri hakimiyyəti ələ keçirmək üçündür. Xüsusən keçmişdə Ermənistanda hakimiyyətdə olmuş terrorçuların hədəfi budur. Yəqin ki, bu qüvvələrin fəallığı mart-aprel ayları ərzində də davam edəcək. Lakin hətta bu qüvvələr Ermənistanda nəyəsə nail olsalar belə, Azərbaycana qarşı revanşizm çağırışları iflasa məhkumdur. İlk növbədə ona görə ki, indi Azərbaycanın Ermənistanın daxilində gedən proseslərə nəzarət və təsir imkanları daha böyükdür".

E.Kəlbizadə deyib ki, hərbi-strateji baxımdan Azərbaycanın geri qaytardığı mövqelər Ermənistan ordusunun müharibədən sonra qalan tör-töküntülərini də məhv etməyə imkan verir. Sadə erməniləri isə indi Koçaryan, Sarkisyan və digərlərinin hakimiyyətə gəlmə arzularından daha çox iqtisadi və sosial problemlər düşündürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti