Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketi ilə bağlı məsələ xarici medianın gündəmindədir (FOTO)

Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketi ilə bağlı məsələ xarici medianın gündəmindədir (FOTO)

Bakı. Trend:

Martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İsgəndər” raket kompleksinin raketinin qalıqlarının tapmaları və onun Bakıda nümayişi xarici medianın gündəmindədir.

Trend-in məlumatına görə, qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, “haberglobal.com.tr” “ankaramasasi.com”, “haberler.com”, “mardinhaber.com.tr”, “haber7.com”, “igdirim76.com”, “yesiligdir.com” saytlarında dərc olunmuş informasiyalarda Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılovun fikirlərinə yer verilir. Qeyd olunur ki, araşdırma zamanı raketin “İsgəndər – M” raketinin qalıqları olduğu müəyyən edilib. Aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Xəbərlərdə qeyd edilir ki, raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. İnformasiyalarda Ermənistanın sabiq müdafiə naziri Movses Hakopyanın “Qarabağ müharibəsində “İsgəndər” raketindən istifadə olunub, lakin hara atıldığını deyə bilmərəm” sözləri yer alıb.

Ukrayna mətbuatı da “İsgəndər-M” mövzusunu gündəmdə saxlayıb. Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyi, “BBC.com/ukrainian”, “Gordon” nəşri, “podrobnosti.ua”, “dialog.ua”, “eurointegration.com.ua”, “charter97.org”, “asmedia.kiev.ua”, “vybir.media” saytları dərc etdikləri məqalələrində və nüfuzlu “1+1”, “İnter” telekanallarının reportajlarında qeyd edilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri istiqamətinə “İsgəndər” raketi buraxıb. Raketin qalıqlarının Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır. Xəbərlərdə “İsgəndər” raketinin qalıqlarını əks etdirən fotolar da yer alıb. Ukrayna mətbuatı, həmçinin jurnalist, hərbi müxbir Roman Boçkalanın “İsgəndər-M” mövzusu ilə bağlı sosial şəbəkə hesabında yazdığı şərhinə də geniş yer verib.

Gürcüstan “24news.ge”, “reportiori.ge”, “kvira.ge”, “interpress.ge” informasiya portalları yazırlar ki, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İsgəndər – E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər – M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.

Azərbaycanın Şuşa şəhəri istiqamətində atılan “İsgəndər-M” raketi ilə bağlı Rumıniyanın “redactia.info”, “news24hours”, Qırğızıstanın “goldenbridgenews”, Albaniyanın “ata.gov.al”, Çilinin “infogate.cl” informasiya saytlarında da xəbərlər yayımlanıb. Bu informasiya mənbələrində Rusiya mediasına və rəsmilərinə istinadən qeyd olunur ki, Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyib. Həmin saytlarda bildirilir ki, bütün bunların fonunda maraqlı sual yaranır, əgər Rusiya Ermənistana “İsgəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Xəbərlərdə deyilir ki, məsələyə Rusiya Prezidentinin Administrasiyasından münasibət bildirilib. Bu ölkənin Adminstrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarının uğurla tamamladı
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq
Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb (VİDEO)
MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib (FOTO)
"Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)
Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva (VİDEO)
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
"Aztelekom"a yeni təyinat olub
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA (VİDEO)
Lukaşenko Rusiyaya səfər edib
Bütün xəbərlər