...

Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 15 Aprel 2021 20:05 (UTC +04:00)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına səfəri çərçivəsində Qazaxıstan Parlamenti Senatının Sədri Maulen Aşımbayev ilə görüşüb.

Milli Məclisdən Trend-ə bildirilib ki, qazaxıstanlı spikeri salamlayan Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərinin bir çox sahələri əhatə etdiyini bildirib. O, Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi bazadır. Türkdilli ölkələr arasında bərqərar olmuş strateji əlaqələr qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolundan danışan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının fəaliyyətini qeyd edib. Bildirib ki, qarşılıqlı fikir mübadiləsi parlamentlərarası əməkdaşlığın dərinləşməsinə və inkişafına kömək edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verən Milli Məclisin Sədri deyib ki, artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb. Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etdiyini söyləyən Sahibə Qafarova bildirib ki, bu, beynəlxalq humanitar hüququn prinsiplərinin pozulmasıdır, beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təsir göstərməlidir.

Görüşdə Qazaxıstan Parlamenti Senatının Sədri Maulen Aşımbayev Azərbaycanın bu ölkə üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, ikitərəfli əlaqəlrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib.

Maulen Aşımbayev diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrimizin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Qazaxıstan Senatının sədri Azərbaycanın Türk PA-nın fəaliyyətinə çox mühüm töfhələr verdiyini də diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti