...

Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək

Siyasət Materials 22 Aprel 2021 10:32 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək.

Trend-in məlumatına görə, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək namizədləri müəyyən edəcəklər.

Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti