...

ABŞ öz səhvini düzəltməlidir - Hulusi Akar

Siyasət Materials 26 Aprel 2021 12:44 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

​ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa heç bir məna daşımır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın bəyanatında deyilir.

O bildirib ki, “soyqırım” ifadəsindən istifadə edənlər dünya tarixinə və öz tarixlərinə nəzər salmalıdır.

"Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermənistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı şübhəsizdir. Bölgəmizin sabitliyi erməni diasporu və onu öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, region ölkələrinin, Türkiyə və Ermənistanın ortaq məsələsidir".

Müdafiə naziri onu da qeyd edib ki, ABŞ öz səhvini düzəltməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti