...

Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlaması heç bir praktiki təsirə malik deyil - Türkiyənin sabiq XİN rəhbəri

Siyasət Materials 26 Aprel 2021 20:03 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq hüquq baxımından ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi "soyqırımı" ifadəsi heç bir praktiki təsirə malik deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış deyib.

Onun sözlərinə görə, bu mövuzunu əhatə edən əsas vasitə Soyqırımların qarşısının alınmasına dair 1948-ci il Konvensiyasıdır.

Bu konvensiyaya əsasən, soyqırımı cinayətinin törədilməsini müəyyənləşdirən iki qurum mövcuddur: səlahiyyətli beynəlxalq cinayət məhkəməsi və soyqırımı cinayətinin törədildiyi ölkənin məhkəməsi: "1915-ci il hadisələri ilə bağlı iş beynəlxalq məhkəməyə verilə bilməz, belə ki, konvensiya özündən əvvəlki hadisələrə tətbiq oluna bilməz".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti