Bakı. Elçin Mehdiyev - Trend:
Xocalı faciəsi kimi soyqırıma göz yumanların müəyyən siyasi məqsədlər güdərək saxta “erməni soyqırımı” ifadəsi səsləndirməsi yalnız təəssüf doğurur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, tarixi faktlar göstərir ki, Osmanlı imperiyasında ermənilərin məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil: “Azərbaycan xalqı erməni şovinistləri tərəfindən dəfələrlə kütləvi qırğınlara məruz qalıb. 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qəddar formada soyqırım həyata keçirilib. Bakıda, Şamaxıda və digər ərazilərdə 50 mindən artıq dinc soydaşımız vəhşicəsinə qətlə yetirilib”.
Sədr bildirib ki, Azərbaycan hər bir məsələdə olduğu kimi bu məsələdə də qardaş Türkiyənin yanıdadır.