Prezident İlham Əliyev: Ermənistan başa düşür ki, böyük səhv edib, vaxt itirib

Siyasət Materials 20 May 2021 17:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan başa düşür ki, böyük səhv edib, vaxt itirib

Bakı. Trend:

Ermənistan başa düşür ki, böyük səhv edib, vaxt itirib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan ərazilər azad edilənədək işğalf faktı ilə əlaqədar Ermənistanla əməkdaşlıq etməyəcəyini açıq-aşkar bildirib. Fikrimcə, Ermənistanda başa düşürlər ki, böyük səhv ediblər, vaxt itiriblər. O cəmiyyətdə böyük inamsızlıq, qarşılıqlı ittihamlar mövcuddur. Ermənistan energetika və nəqliyyatın inkişafı sahəsində Azərbaycanın təşəbbüslərindən kənarda qalıb və nəticədə işğal etdikləri və heç vaxt nə tarix, nə də beynəlxalq hüquq baxımından onlara məxsus olmayan əraziləri itirdi".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti