Bakı. Trend:
"Yesh Atid" partiyasını təmsil edən millət vəkili Miki Levi bazar günü keçirilən səsvermə zamanı Knessetin (İsrail parlamenti) yeni sədri seçilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrail parlamentinin mətbuat xidməti xəbər yayıb.
"120 deputatdan 67-si Miki Levinin lehinə səs verdi və o, Knessetin yeni spikeri oldu", - hazırkı spiker vəzifəni tərk edən Binyamin Netanyahunun "Likud" partiyasının nümayəndəsi Yariv Levin deyib.