...

Qoşulmama Hərəkatı bəzi nailiyyətlərə məhz Azərbaycanın və onun Prezidentinin sayəsində yetişdi - Siyasi ekspert

Siyasət Materials 14 İyul 2021 13:32 (UTC +04:00)
Qoşulmama Hərəkatı bəzi nailiyyətlərə məhz Azərbaycanın və onun Prezidentinin sayəsində yetişdi - Siyasi ekspert

Bakı. Samir Əli - Trend:

Qoşulmama Hərəkatının konfransında Prezident Əliyevin çıxışı Azərbaycanın pandemiya ilə ən səmərəli qlobal mübarizə mərkəzlərindən biri kimi təsdiqi baxımından çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, dünya bir daha əmin oldu ki, Azərbaycan ilyarımlıq ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib: "Azərbaycanın ağır dövrdəki təşəbbüs və ideyaları təkcə milli çərçivədə böyük nəticələr ortaya qoymaqla məhdudlaşmadı. Azərbaycanın Covid 19-la mübarizə platformasının bütün bəşəriyyət üçün faydalı olmasını indi hamı qəbul edir.

Prezidentin Qoşulmama tribunasında ən yeni çıxışı bir neçə istiqamətdə dünyaya verilmiş mesajların çəkisi baxımından diqqət çəkir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nüfuzunun möhkəmlənməsində sədr ölkə olaraq Azərbaycanın töhfələrini qısa və ehtivalı şəkildə təqdim etdi. Prezident eyni zamanda gələcəkdə bu Hərəkatın tarixi ilə bağlı elmi -strateji tədqiqatlara əla materiallar verdi. Prezident Əliyev sədrlik etdiyi dövrdə Hərəkatın təşkilatlanması və daha mükəmməl strukturlaşması yolunda atdığı mühüm addımların izahını verdi. Qoşulmama Hərəkatı öznün bütün tarixi boyu nail ola bilmədiyi bəzi nailiyyətlərə məhz Azərbaycanın və onun prezidentinin sayəsində yetişdi. Azərbaycan prezidenti Hərəkatın bir sıra nüfuzlu beynəlxalq təşkilatlara doğru əlaqə körpulərinin qurulmasında ölkəmizin rolunu qürurverici detallarla izah etdi".

Baş redaktor deyib ki, dünya Əliyevdən ilk dəfə eşitdi ki, Qoşulmama Hərəkatı ölkələrinin parlamentləri arasında əməkdaşlığın qurulması məhz Azərbaycanın təşəbbüsüdür: "Hərəkatın gənclər qolunun formalaşdırılması ilə bağlı İlham Əliyevin yeni ideyasının da maraqla qarşılanacağına söz yoxdur. Azərbaycan Prezidenti bəzi unutqan dünya mərkəzlərinə bir daha xatırlatdı ki, " vaksin ədalətsizliyi" deyilən problem barədə ilk olaraq ortaya cərarətli mövqe qoymasaydı , bəzi dövlətlərin " vəhşi vaksin biznesi ilə varlanmaq " planları dünyanı məhv olmaq həddinə gətirə bilərdi ."Vaksin ədalətsizliyinə " qarşı mübarizədə toparlanmanın indiki səviyyəsinə görə dünya Azərbaycana borcludur. İlham Əliyevin çıxışı dünya ölkələrinin postpandemiya inkişafına müstəsna təsir göstərə biləcək yeni təşəbbüslərlə əlamətdardır. Azərbaycan prezidentinin pandemiyadan sonra hərtərəfli bərpa ilə bağlı Qoşulmama Hərəkatının ayrıca toplantlsı barədə təklifi bütün hərəkatın tarixində yeni mərhələ aça bilər. İlham Əliyevin hərəkat adlndan BMT-nin Yüksək Panelinin təsis edilməsi barədə ideyası dünyanın postpandemiya bərpa proseslərinin ana mexanixmini təşkil edəcək. Yeni təşəbbüslərində İlham Əliyevin məntiqi aydın və tutarlıdır.Azərbaycan prezidenti dünyaya dedi ki, dövlətlər təklikdə pandemiya ilə uğurlu mübarizə apara bilmədikləri kimi, pandemiyanın ağır yaralarını da məhz birlikdə daha tezliklə sağalda və bərpa edə bilərlər. Azərbaycan prezidenti dünyanın postpandemiya bərpa proseslərinin işlək
mexanizmini təklif etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti