...

Azərbaycan ermənilərin işğal dövründə viran qoyduğu əraziləri yenidən qurur - Deputat

Siyasət Materials 24 Sentyabr 2021 20:35 (UTC +04:00)
Azərbaycan ermənilərin işğal dövründə viran qoyduğu əraziləri yenidən qurur - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdəki 9 şəhəri və yüzlərlə kəndi yerlə-yeksan etmiş, İslam dininə məxsus 67 məsciddən 65-ni tam dağıtmış, digərlərində isə donuz saxlamaqla dünya müsəlmanlarını təhqir etmişdi. Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etməklə ermənilərin viran qoyduğu əraziləri yenidən qurur və bərpa edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında geniş formatda çıxış edərək bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb: “Cənab Prezident İlham Əliyev BMT-nin ali tribunasından bildirdi ki, Ermənistanın ratifikasiya etdiyi Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozaraq Yaxın Şərqdən erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına süni məskunlaşdırılması bu ölkənin beynəlxalq sənədlərə məhəl qoymamasının göstəricisidir. Bu, həm də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməkdə məqsədinin nədən ibarət olduğunun izahıdır.

Azərbaycan isə öz doğma torpaqlarını işğaldan azad edərək ermənilərin viran qoyduğu ərazilərini yenidən qurur və bərpa edir. Bu məqsədlə dağıdılmış şəhərlərin Baş planlarının tərtib edildiyinin və "ağıllı şəhər", "ağıllı kənd" layihələri üzrə bərpa işlərinin sürətlə aparıldığının, görülən bütün işlərin Azərbaycanın öz gücü hesabına həyata keçirildiyinin səsləndirilməsi cənab Prezident tərəfindən BMT tribunasından Azərbaycanın iqtisadi gücü haqqında məlumatın çatdırılması deməkdir”.

A.Badamov əlavə edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır: “Ona görə də 10 noyabrda üçtərəfli bəyanata imza atıb. Azərbaycan qarşı tərəfə sülhlə bağlı gündəliyi təqdim etmişdir. Ermənistanın isə bu istiqamətdə hər hansı bir addım atmaması regionda sülhün və əməkdaşlığın yaranmasına mane olması deməkdir. Sonda qeyd etmək istəyirəm ki, cənab Prezidentin BMT-dəki çıxışı informasiya müharibəsində də bizim qalibiyyətimiz deməkdir. Artıq dünya Azərbaycanın və Ermənistanın niyyəti və məqsədləri haqqında tam məlumatlıdır. Ədalət Azərbaycanın tərəfindədir, qalib də Azərbaycandır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti