...

Ermənistanda anti-Rusiya isterikası davam edir

Siyasət Materials 16 Oktyabr 2021 15:49 (UTC +04:00)
Ermənistanda anti-Rusiya isterikası davam edir

Bakı. Humay Ağacanova - Trend:

Ermənistanda anti-Rusiya isterikası özünü müxtəlif formada göstərməyə davam edir. Dünən də Yerevanda qərbçi və radikal müxalifətçi “Milli Demokratik Qütb”ün (MDQ) təşkilatçılığı ilə Rusiya əleyhinə yürüş-mitinq keçirilib.

Aktiv funksionerləri “Sasna Ser” qruplaşmasının üzvləri, lideri isə Jirayr Sefilyan olan MDQ yürüşdə Koçaryana, Rusiya Federasiyasına, həmçinin Vladimir Putinə təhqiramiz şüarlar səsləndirib.

Birmənalı şəkildə qərbyönümlü olduğunu bəyan edən MDQ-nin sözügedən aksiyasının təşkilatçısı və maliyyə dəstəkçisi Rusiyadakı erməni lobbisinin rəhbərləridir.

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə məsələni Trend-ə şərh edərkən Ermənistanın daha çox xaricdən, eyni zamanda diaspor vasitəsi ilə idarə olunan dövlət olduğunu qeyd etdi. Həmçinin, bildirdi ki, diasporlar da öz nüfuzlarını qorumaq üçün bu cür mitinqlərə əl atırlar: "Açıq-aşkar görünür ki, Qərb ümumiyyətlə Ermənsitan siyasətinə böyük təsir göstərə bilmir. Aksiyanın da əsas səbəbi orada iştirak edən insanların arxasında duran qüvvələrin cari siyasi dəsti-xətti bəyənməməsidir. Ermənsitan cəmiyyətinə təsir göstərmək istəyənlər, xarici diasporlar, həmçinin Rusiyadakı erməni lobbisi cari vəziyyətdə oyundankənar qaldıqları üçün narahatdırlar və yenidən oyuna qayıtmaq niyyətindədirlər. Rusiyaya göstərmək istəyirlər ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ, eyni zamanda, Ermənsitan hakimiyyətinin də etiraf etdiyi dəmir yolu ilə yanaşı, avtomobil yolunun açılmasına razılıq keçmiş iqtidarla əlaqəli olan insanları narahat edir.

Rusiyadakı erməni lobbisi Ermənistanda müxalifətçilərin yürüşünü təşkil etməklə özlərinin Moskva-Yerevan münasibətlərində önəmli amil olduğunu nəzərə çatdırmaq və bu minvalla Moskvanın Ermənistanla bağlı yürütdüyü siyasətə təsir etmək niyyətindədirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti