...

Biz Azərbaycanın müharibədən sonra yaralarını necə sürətlə sağaltdığını gördük - Korotçenko

Siyasət Materials 15 Noyabr 2021 12:33 (UTC +04:00)
Biz Azərbaycanın müharibədən sonra yaralarını necə sürətlə sağaltdığını gördük - Korotçenko

Bakı. Trend:

Biz Azərbaycanın müharibədən sonra yaralarını necə sürətlə sağaltdığını gördük.

Trend-in məlumatına görə, bunu Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

"Əksəriyyətimiz Şuşada, Azərbaycanın bu qədim şəhərində ilk dəfədir ki oluruq. Biz Azərbaycanın müharibədən sonra yaralarını necə sürətlə sağaltdığını gördük. Şuşada artıq bir sıra obyektlər bərpa edilib", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Şuşada keçirilmiş konfransın məqsədi Cənubi Qafqazda vəziyyətin tənzimlənməsi məsələləri olub.

"Bizim məqsədimiz aydındır - regiona sülh lazımdır. Rusiya da bunda maraqlıdır. Bütün nəqliyyat kommunikasiyalarının açılması və Zəngəzur dəhlizinin işə salınması regionun bütün ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək. Sərhədlərin delimitasiyası və demarkasiyası da böyük əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti