...

Ermənistanın növbəti iflasa uğrayan avantürası - TƏHLİL

Siyasət Materials 17 Noyabr 2021 15:54 (UTC +04:00)
Ermənistanın növbəti iflasa uğrayan avantürası - TƏHLİL

Bakı. Humay Ağacanova - Trend:

Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə təxribatlar törədilir. Noyabrın 16-da Azərbaycan və Ermənistan sərhədi arasında vəziyyət yenidən gərginləşdi. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğradı. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah sursat onlardan qənimət götürülüb

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Trend-ə açıqlaması zamanı bildirib ki, Ermənistan yenidən beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün müxtəlif yalanlar uydurmaqla məşğuldur.

“Qarşı tərəf iddia edir ki, Azərbaycan onların ərazisinə basqın edir. Lakin bununla bağlı heç bir ölkə rəsmisi Azərbaycanı ittiham etmir, günahlandırmır. Çünki həqiqət göz qabağındadır.

Ermənistanın yaxın müttəfiqi Rusiyada bu məsələyə çox təmkinlə yanaşır. Tərəfləri ortaq məxrəcə gəlməyə çağırır və sərhədlərin delimitasiya və demarkasiyası üçün yaradılan üç tərəfli kommisiyanın işinə tezliklə başlanmasına dəvət edir. Digər dövlətlər tərəfindən verilən bəyənatlarda da bu məsələnin vacibliyi vurğulanır”,- deyə o bildirib.

Politoloq qeyd edib ki, məsələyə münasibət bildirən, bəyanat verən dövlətlərin, təşkilatların fikirləri ilə Azərbaycanın möqveyi tamamilə uyğundur.

“Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir. Əksinə təxribat və gərginlik yaratmaqla məşğul olur. Bu səbəbdən sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana yalnızca çağırış yox, həm də təzyiq göstərilməlidir”, - deyə politoloq qeyd edib.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə Trend-ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin son sərhəd təxribatlarının özləri üçün növbəti rüsvayçı hərbi məğlubiyyətə çevrilməsi bir daha sübut etdi ki, Azərbaycanın regional sülh siyasəti doğru yoldadır.

"Azərbaycan ordusunun erməni təxribatlarına layiqli cavabı göstərdi ki, Ermənistan pozucu rol oynayır və Azərbaycan Prezidentinin yekun sülh sazişi imzalamaq təkliflərini ardıcıl şəkildə sabotaj edir. Axərbaycan Prezidentinin sərhədlərin dəqiqləşdirilməsi və ərazi büyövlüyünün qeyd- şərtsiz tanınması barədə çağırışlarının Ermənistan tərəfindən davamlı rədd edilməsi bölgədə yaranmış təhlükəli vəziyyətin yeganə mənbəyidir. Vətən müharibəsindən sonrakı bir ildə Prezident İlham Əliyev bütün beynəlxalq və daxili tribunalarda Ermənistanı sülh sazişi imzalamağa dəvət edir. Azərbaycan Prezidenti Ermənistanın yekun sülh sazişinə məcbur edilməsini möhkəm regional sülhün müstəsna həlledici şərti kimi bəyan edib. Təəssüf ki, Azərbaycan Prezidentinin delimitasiya və sülh sazişi barədə çağırışlarının həyata keçirilməsi üçün beynəlxalq birlik Ermənistana lazımı təzyiqi göstərmir", - deyə ekspert vurğulayıb.

A.Quliyev qeyd edib ki, Ermənistanın sülh sazişinə vadar edilməsi istiqamətində beynəlxalq güclərin yol vetdiyi səhvlər Vətən müharibəsinə qədərki dövrdə beynəlxalq vasitəçilərin səhvlərinin başqa şəkildə davam etdirilməsidir .

"Ermənistan ordusunun Kəlbəcər, Laçın və digər istiqamətlərdə son təxribatlarına bəzi beynəlxalq reaksiyalar da sübut edir ki, Azərbaycanın sülh sazişi və delimitasiya danışıqları barədə apardığı siyasət kursu başa düşülür və dəstəklənir. Avropa Şurasının prezidentinin İlham Əliyevə telefon zəngi, ABŞ, Rusiya , Franda , İtaliya və başqa ölkələrdən gələn rəsmi reaksiyalar sübut edir ki , Azərbaycan real vəziyyətin beynəlxalq rəsmi dairələrə və ictimaiyyətə yetərincə çatdıra bilib. Narahatlıq ifadə edən beynəlxalq dairələrin narahatlıq ifadə etməklə bərabər delimitasiya danışıqlarının zəruriliyini vurğulaması Ermənistanın böyük təzyiq altında olduğunu göstərir", -deyə A.Quliyev bildirib.

A.Quliyev əlavə edib ki, Ermənistanın son təxribatlarına beynəlxalq reaksiyalar həm Azərbaycanın haqlı siyasət apardığını sübut edir, həm də Ermənistanı ifşa edir. Ermənistanın sərhəd təxribatlarından beynəlxalq sui-istifadə cəhdlərinin fiaskoya uğraması son hadisələrdə aşkar görünən təzahürlərdir.

"Acız və yazıq görkəmdə müəyyən beynəlxalq instansiyalardan kömək istəyi iflasa uğrayan Ermənistan hətta açıq şantaj əməllərinə baş vurmaqdan da çəkinmədi. Ermənistan TŞ-nin katibinin Rusiysnın ünvanına açıq hədələri Kreml dairələri tərəfindən yəqin yetərincə təhlil ediləcək.TŞ katibi Armen Qriqoryan KTMT- dən lazımı reaksiya olmadıqları halda başqa ünvanlara müraciət etmək hüququna malik olduqlarını söyləməklə əslində Rusiya və KTMT- yə potensial xəyanət mövqeyində olduqlarını aydın şəkildə ortaya qoydu" - deyə "Bakı xəbər" qəzetinin baş redaktoru qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti