...

Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev

Siyasət Materials 2 Dekabr 2021 13:22 (UTC +04:00)
Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev

Bakı. Trend:

Ermənistanın əraziləri kütləvi şəkildə minalamasında məqsəd Azərbaycanın apardığı quruculuq işlərini və keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını maksimum ləngitmək olub.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da minalarla bağlı problemi qaldırıb.

"Bir daha beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bu məsələdə məlumatlandırma arıtırılmalıdır, Azərbaycanın minatəmizləmə işində dəstəyə ehtiyac var. Vətəndaşlarımızdan da xahiş edirik ki, azad olunmuş ərazilərə icazəsiz getməmək, müəyyən olunmuş yollardan kənara çıxmamaq vacibdir", - deyə Prezidentin köməkçisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti