...

Bəxtiyar Vahabzadə böyük mütəfəkkir və prinsipial siyasət xadimi idi - Yalçın Topçu

Siyasət Materials 13 Fevral 2022 12:40 (UTC +04:00)
Bəxtiyar Vahabzadə böyük mütəfəkkir və prinsipial siyasət xadimi idi - Yalçın Topçu

Bakı. Trend:

Bu gün görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ölümünün 13-cü ildönümüdür.

Bununla bağlı Trend-ə açıqlama verən Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu B.Vahabzadənin həm də böyük mütəfəkkir olduğunu bildirib.

"Bəxtiyar Vahabzadə təkcə bir şair deyildi. O, həm böyük mütəfəkkir, universitet professoru və eyni zamanda prinsipial siyasət xadimi idi", - deyə o bildirib.

Y.Topçunun sözlərinə görə, Bakı Dövlət Universitetində türk ədəbiyyatıını tədris edən B.Vahabzadə minlərlə qazax, qırğız, özbək, türkmən gənclərinə türk ədəbiiyyatını, türk mədəniyyətini və türk dilini sevdirib.

"O, türkdilli dövlətlərii bir-birindən ayrı salacağı üçün türk dillərinə xarici sözlərinə daxil edilməsinə həmişə qarşı çıxıb. Hər zaman türk birliyini müdafə edən şair Türkiyəni ikinci vətən hesab edir, türk xalqını "Bir ananın iki oğlu" adlandırırdı", - Y.Topçu deyib.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə fevralın 13-ü 2009-cu ildə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti