...

Dünya ictimaiyyəti Xocalı faciəsi kimi hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir - Qazaxıstan səfirliyi

Siyasət Materials 26 Fevral 2022 12:37 (UTC +04:00)
Dünya ictimaiyyəti Xocalı faciəsi kimi hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir - Qazaxıstan səfirliyi

Bakı. Trend:

Dünya ictimaiyyəti Xocalı faciəsinə bənzər hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün bütün səylərini göstərməlidir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

"Qazaxıstan səfirliyi Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı verir. Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, həlak olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edirik. Dünya ictimaiyyəti Xocalı faciəsinə bənzər hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün bütün səylərini göstərməlidir", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti