...

Ermənistan sülh prosesi ilə ciddi məşğul olsa, Azərbaycan buna qarşılıq verməyə hazırdır - Cehun Bayramov

Siyasət Materials 2 Aprel 2022 13:55 (UTC +04:00)
Ermənistan sülh prosesi ilə ciddi məşğul olsa, Azərbaycan buna qarşılıq verməyə hazırdır - Cehun Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Regionda kommunikasiyaların açılması, Azərbaycanla-Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü barədə Azərbaycan tərəfinin təklifləri barədə bugünkü görüşümüzdə italiyalı həmkarımı məlumatlandırdım.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliyalı həmkarına Ermənistana sülh sazişi üzrə olunan təklif və həmin sazişin təməl baza prinsipləri ilə bağlı Azərbaycanın fevral ayından bəri təqdim etdiyi təkliflər barədə məlumat verib.

“Son günlər Ermənistan tərəfdən müxtəlif şəxslərdən bu istiqamətdə müsbət mesajlar eşidirk. Güman etmək istərdim ki, bu həqiqətən də ciddi bir yanaşmanın təzahürüdür. Hər hansı ictimai məlumatlandırma kapmpaniyası deyil. Azərbaycan öz mövqeyini açıq şəkildə iafdəe dib. Əgər Ermənistan həqiqətən də bu proseslə ciddi məşğul olmağa hazırdırsa, Azərbaycan buna qarşılıq verməyə, konkret addımlar atmağa hazırdır”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti