...

Hazırkı sülh gündəliyi Azərbaycanın yaratdığı yeni reallıqlara uyğundur - Deputat

Siyasət Materials 7 Aprel 2022 11:23 (UTC +04:00)
Hazırkı sülh gündəliyi Azərbaycanın yaratdığı yeni reallıqlara uyğundur - Deputat

Bakı. Trend:

Son 4 ayda Brüsseldə artıq 2-ci sülh danışıqları keçirildi. Bu, Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yarandığını göstərir. Məqsəd ilk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Əslində Aİ qərəzsiz tərəfdir. Hər iki tərəfin İttifaqa etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Aprelin 6-sı Brüsseldə baş tutan üçtərəfli görüş 4 saat yarımdan artıq davam etdi. Görüşün nəticəsi olaraq, Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması əksini tapıb.

"Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsipinin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Azərbaycan tərəfinin təqdim etdiyi baza prinsipləri də bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanıb.

5 baza prinsipi iki dövlət arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Təbii ki, bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür", - deyə o bildirib.

K.Nurullayeva vurğulayıb ki, Brüsseldə, həmçinin tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə delimitasiya prosesinə başlaması barədə razılıq var, delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.

"Ən vacib məqam bu görüşün yekun sənədində də “Dağlıq Qarabağ” ifadəsi və ya uğursuz Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur. Bu isə hazırkı sülh gündəliyinin Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olduğunu təsdiqləyir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti