...

Yeni reallıqlar dünya ölkələrini azad edilmiş ərazilərdə iqtisadi layihələrə qoşulmağa cəlb edir - ŞƏRH

Siyasət Materials 14 Aprel 2022 15:28 (UTC +04:00)
Yeni reallıqlar dünya ölkələrini azad edilmiş ərazilərdə iqtisadi layihələrə qoşulmağa cəlb edir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, sahibkarlığa maliyyə dəstəyi artırılıb və sosial infrastrukturun yenidən qurulması, eləcə də digər proqramların uğurlu icrası davam etdirilib.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəni şərh edərkən deyib.

A.Hüseynov bildirib ki, 2022-ci ilin ötən 3 ayı Azərbaycan üçün kifayət qədər uğurlu olub: "Bu dövr ərzində ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub” .

A.Hüseynov deyib ki, yürüdülən mükəmməl strategiya sayəsində xarici dövlət borcumuz da azalır.

“Bir neçə il əvvəl xarici borc ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Cəmi bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı salınıb. Bu, həm borclanma ilə bağlı vəziyyətin normallaşması, həm də borcun idarə olunması ilə bağlı yeni strategiyanın tətbiqi ilə bağlıdır. Strategiyaya əsasən, Azərbaycanın maliyyə ehtiyaclarının ən az risk-xərc prinsipi əsasında təmin edilməsi və dövlət borcalmaları üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Hər il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər azalır. Strategiya özünün siqnallarını da verir, yəni ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması təmin edilməsi yaxın 2-3 ildə özünü doğruldacaq”, - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı da uğurla davam etdirilib və dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edirlər.

"Xüsusilə də, ölkəmizin öz ərazi bütövlüyünü təmin etdikdən sonra regiona yeni əməkdaşlıq və kommunikasiyların diversifikasiya ilə bağlı formalaşdırdığı mühit, Ermənistanla bağlı sülh müqaviləsinin imzalanması istiqamətində səylərin artırılması beynəlxalq qurumların, o cümlədən də Avropa İttifaqı Azərbaycanla münasibətləri yeni mərhələdə inkişaf etdirməyə səbəb olmaqdadır. Xüsusilə də Aİ ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almış və bu günlərdə Brüsseldə imzalanmış saziş də Azərbaycanın ərazi bütövlüyünə dərin hörməti ifadə etməklə, Qarabağda yeni siaysi-iqtisadi reallqıların qəbul olunmasına dəlalət edir.

İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri apoarılır, bölgədə geniş iqtisadi əməkdaşlıq mühiti üçün imkanlar açılıb və xarici ölkələrin nüfuzlu şirkətləri bu proseslərdə yaxından iştirak etmək üçün cəlb olunub. Bu baxımdan ölkəmizin diqtə etdiyi bütün yeni reallıqları qəbul edən beynəlxalq təşkilatlar, xarici ölkələr Azərbaycanla əlaqələrin müasir inkişaf trendlərinə müsbət yanaşırlar. Sözsüz ki, bütün bunların əldə edilməsi Cənab Prezidentin prinsipial siyasi iradəsi sayəsində baş verməkdədir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə bildirib ki, 2022-ci il dünya iqtisadiyyatını müəyyən çətinliklərlə üz-üzə qoyub.

“Fevral ayından başlanmış Rusiya-Ukrayna müharibəsi ölkələrarası iqtisadi əlaqələrin inkişafına da öz mənfi təsirini göstərib. O cümlədən, Azərbaycan da dünyanın bir parçasıdır və dünyada baş verən iqtisadi, siyasi proseslər ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təzyiq yaradır. Amma buna baxmayaraq, dövlət başçımızın rəhbərliyi altında aparılan uzaqgörən siyasi-iqtisadi kurs Azərbaycanı xarici təsirlərdən yan keçirir və ölkədaxili iqtisadi artım templerinin qorunub-saxlanmasına imkan yaradır.

Biz bilirik ki, ölkə iqtisadiyyata pandemiyanın da kifayət qədər mənfi təsirləri olub. Lakin vaxtında qəbul edilmiş qərarlar, həyata keçirilən islahatların dərinləşməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində vaxtında atılmış və gələcəyə hesablanmış addımlar cari ilin birinci rübünü yüksək göstəricilərlə başa vurmağımızıa imkan yaratdı.

Makroiqtisadi göstəricilərə diqqət yetirəndə görürük ki, birinci rübdə ÜDM 6.8%, qeyri-neft itisadiyyatı 10%, sənaye istehsalı 4% olub. Qeyri-neft sənayesi isə 18% artıb. O cümlədən, xarici ticarət dövriyyəmiz 60%, qeyri-neft məhsullarının ixracı 45% artıb, xarici ticarət balansımız müsbət 5,1 milyard dollar olub. Həm də xarici dövlət borcumuz da 600 milyon dollar, ÜDM-in 12,5% qədər aşağı salınıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, aparılan düzgün iqtisadi siyasətin göstəricisidir ki, büdcə gəlirləri 99% icra olunmasına baxmayaraq, Neft Fondundan olunmalı transfertlərin həcmi proqnozda nəzərdə tutulduğundan 423 milyon az olub.

“Həm birinci rübü iqtisadiyyatımızın artımıyla yekunlaşdıra bilməyimiz, həm də xarici dövlət borcumuzu azlatmağımız cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı və şəffaflaşması istiqamətində verdiyi tapşırıqların, imzaladığı fərman və sərancamların sayəsində mümkün olub. 2018-ci ildə xalqın səs çoxluğu ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində ölkəmizdə islahatların daha da dərinləşəcəyi ilə bağlı anonsunu vermişdi.

Cənab Prezidentin tapşırığı ilə islahatlaraın aparılmasına vaxtında başalmağımız pandemiyaya qarşı uğurla mübarizə aparmağımıza, müharibəni 44 gündə qələbə ilə başa çatdırmağımıza və postpandemiya dövründə demək olarsa, indiki dövrdə iqtisadiyyatda sıçrayışlı artıma nail olunmasına yol açdı. Təbii ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması, iqtisadiyyatda korrupsiyaya qarşı tədbirlərin geniləşləndirilməsi və iqtisadiyyatın şəffaflaşdırılması sayəsində birinci rübdə Dövlət Vergi Xidməti xətti ilə 539 milyon və yaxud 23,8%, Dövlət Gömrük Komitəsi vasitəsilə 236 milyon və yaxud 23,7% proqnozdan əlavə vəsait dövlət büdcəsinə mədaxil edilib”, - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, dövlət büdcəsi qarşısındakı vəzifələr uğurla icra edilir və iqtisadiyyatımız artmaqla yanaşı, gündəmimizə qiymət artımlarına və ərzaq təhlükəsizliyinə qarşı mübarizə tədbirlərinin görülməsi də daxil olmuşdur.

“Cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabineti süni qiymət artımına qarşı mübarizə, ərzaq ehtiyatının yaradılması və idxal mənbələrin şaxələndirilməsi istiqamətində müəyyən tədbirləri icra edir. Məhz görülən tədbirlərin uğurudur ki, bu gün ölkəmizdə kifayət qədər ərzaq ehtiyatı yardılıb və mövcud ehtiyatılar gündəlik təhlil olunaraq müvafiq qərarlar qəbul olunur. Düşünürəm ki, birinci rübdə əldə etdiyimiz nəticələr və ilin sonuna qədər həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər nəinki ölkə iqtisadiyyatını xarici təsirlərdən qoruya biləcək, həm də ilin sonunda daha yüksək nəticələrə nail olmağımıza imkan verəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti