...

Azərbaycanda maliyyə hesabatı verən partiyaların sayı açıqlanıb

Siyasət Materials 19 Aprel 2022 13:22 (UTC +04:00)
Azərbaycanda maliyyə hesabatı verən partiyaların sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2021-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb.

Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, indiyə qədər 48 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 58 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməli idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti